Coğrafiyaşünas alim: İnsan yaşadığı ekosistemi qorumalıdır
Bakı, 24 avqust, AZƏRTAC
Son 10 gün ərzində Azərbaycana daxil olan tozlu hava kütləsinin təsiri müşahidə olunur və bu, bir müddət davam edəcək. Şimal bölgəsindən gələn küləklərdən fərqli olaraq, cənubdan gələn, Şimali Afrika, İran yaylası, Ərəbistan kimi ərazilərdə səhra üzərində formalaşan tropik hava kütlələrinin tərkibində çoxlu toz olur.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov məlumat verib.
Alim qeyd edib ki, ümumiyyətlə, son zamanlar bütün dünya üçün böyük problemə çevrilən qlobal istiləşmə, səhralaşma da tozun artmasına təsir edir. Təbii amillərlə yanaşı, insan amili də bu məsələdə öz mənfi rolunu oynayır. Yaşıllıqların getdikcə azalması, meşələrin kütləvi olaraq qırılması küləklə gələn tozun qarşısının alınmasına mane olur. İnsan yaşadığı ekosistemi qorumalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]