Bakı, 25 aprel, AZƏRTAC
Cüdo üzrə yığma komandamız Kazanda keçirilmiş komandalararası Avropa birinciliyində bürünc mükafat qazanıb.
AZƏRTAC xəbər verir ki, bu, millimizin tarixində ilk qitəmiqyaslı mükafat hesab edilir.
Yarışlar başa çatdıqdan sonra cüdoçularımıza medallar təqdim edilib.