Cüdoçularımız Antalyada keçirilən təlim-məşq toplanışına qatılıblar
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan millisi beynəlxalq turnirlərə hazırlıq məqsədi ilə aprelin 4-də Türkiyənin Antalya şəhərində start götürən cüdo üzrə təlim-məşq toplanışına qatılıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ayın 10-dək davam edəcək təlim-məşq toplanışında Antalyada aprelin 1-3-də keçirilmiş “Böyük dəbilqə” turnirinin iştirakçıları ilə yanaşı, Azərbaycan yığma komandasının digər üzvləri də iştirak edirlər. Hazırlığa, ümumilikdə qadınlardan və gənc qızlardan ibarət yığmanın heyətində 34, kişilərdən və gənc oğlanlardan ibarət komandanın heyətində isə 54 idmançı qatılıb.
Komandamızın təlim-məşq toplanışında iştirakında əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.
Qeyd edək ki, Azərbaycanın milli komandası aprelin 29-dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]