Cüdoçularımızın Almaniyadakı təlim-məşq toplanışı sona yaxınlaşır
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
AZƏRTAC Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, hazırlıq prosesinə 21 ölkədən 600-dən çox idmançı qatılıb. Martın 29-dək davam edəcək hazırlıq prosesində yığma komandamızın 17 üzvü iştirak edir.
Cüdoçular gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında hazırlıq keçirlər.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.