DAĞISTANIN DAXİLİ İŞLƏR NAZİRİNİ QƏTLƏ YETİRMƏK İSTƏMİŞLƏR
Agentliyin müsahibi demişdir: “Daxili işlər naziri Adilgəray Məhəmmədtahirovun olduğu maşın karvanı Buynakska gedərkən naməlum şəxslər tərəfindən atəşə tutulmuşdur”. O bildirmişdir ki, nazir zərər çəkməyib, lakin iki mühafizəçi yaralanmışdır.
Hüquq mühafizə orqanlarının məlumatına görə, avqustun 8-də maşın karvanı həmin gün səhər Buynaksk prokuroru maşınının partladıldığı yerə gedərkən atəşə tutulmuşdur.
Avqustun 8-də səhər Buynaksk prokuroru Bitar Bitarovun maşını gedən yolda partladıcı qurğu işə düşmüş və o, ağır yaralanmışdır. Prokuror xəstəxanaya aparılmış və burada keçinmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]