Dağıstanın sabiq Baş naziri avtoqəzada ölüb
Bakı, 6 yanvar, AZƏRTAC
Rusiya Federasiyasının Dağıstan Respublikasının sabiq Baş naziri Məhəmməd Abdullayev avtomobil qəzası nəticəsində ölüb.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, hadisə Mahaçqala şəhərində baş verib.
“VAZ” markalı avtomobil 61 yaşlı kişini vuraraq öldürüb. Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Ölən şəxsin respublikanın sabiq Baş naziri Məhəmməd Abdullayev olduğu müəyyənləşib.
Qeyd edək ki, Məhəmməd Abdullayev 2010-cu il fevralın 20-dən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikasının Baş naziri vəzifəsində çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]