Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib
Bakı, 5 yanvar, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb. “Startap” şəhadətnamələri “Recepta” MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, “Too Far Logistics” MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, “İntelligent Services And Solutions Company” MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]
Münaqişə başa çatdı, neft ucuzlaşdı
- 16.06.2026 [16:02]