İQTİSADİYYAT
Daha iki marşrut xətti üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 8-dən 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşviqabad qəsəbəsi – “20 Yanvar” metro stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Qaradağ rayonu Müşviqabad qəsəbəsində 4 ünvanda, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Rəşid İsmayılov 56, Nəsimi rayonu Asif Məhərrəmov 1, Yasamal rayonu Müzəffər Həsənov 51 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Sərnişinlər “BakıKart” balansını, eyni zamanda, https://online.bakikart.az portalından onlayn qaydada artıra bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]