Danimarkada yaşayan azərbaycanlılar 28 May - Respublika Gününü qeyd etmişlər
Bakı, 31 may (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti və Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə Hillerod şəhərinin mərkəzindəki “Torvet” meydanında Azərbaycanın Milli bayramı - Respublika Günü qeyd olunmuşdur.
Meydanda Azərbaycan ilə yanaşı, Danimarka, Türkiyə, Türkmənistan, uyğur və çeçen bayraqlarının dalğalanması bu xalqların nümayəndələrinin də Azərbaycanın sevincinə şərik olduqlarından xəbər verirdi.
Tədbir iştirakçılarına, şəhər sakinlərinə Azərbaycana aid məlumatlar, ölkəmizin tarixi və incəsənəti ilə bağlı kitablar paylanmışdır.
Türkiyədən gəlmiş qonaqların Azərbaycan mahnılarını məharətlə ifa etməsi böyük rəğbətlə qarşılanmışdır. Yallı sədaları altında azərbaycanlılarla birlikdə danimarkalılar, türklər, türkmənlər, uyğurlar, çeçenlər və digər azsaylı xalqların nümayəndələri rəqs etmişlər. Azərbaycan musiqisi və şirniyyatları bütün qonaqları valeh etmişdir.
Tədbirdə səsləndirilmiş “Eurovision -2011” müsabiqəsinin birinciləri Eldar və Nigarın ifasında “Running Scared” mahnısı Azərbaycanın bu mötəbər yarışmada qalib gəlməsi sevincini bir daha bütün iştirakçılara yaşatmışdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]

