Daşkəsəndə qış turizminin inkişafı üçün yeni layihə hazırlanmışdır
Daşkəsən, 3 fevral (AZƏRTAC). Daşkəsən rayonunda qış turizminin inkişafı üçün hazırlanan yeni layihə üzərində iş başa çatdırılmışdır.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elçin Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşən Daşkəsəndə qış turizminin inkişafı üçün geniş imkanlar vardır. Murovdağın ətəklərində yerləşən rayonda qışın şaxtalı keçməsi qış mövsümündə dincəlmək istəyən turistləri özünə cəlb edə bilər ki, bu da rayonun iqtisadi inkişafına müsbət təsir göstərər. Bu amil nəzərə alınaraq rayon səviyyəsində komissiya yaradılmış və onların rəyi əsasında layihə hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir. Əgər layihə reallaşsa, bölgədə qış turizmi öz inkişaf mərhələsinə qədəm qoyacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]