“Dərnəgül” taxta bazarında yanğın olub
Bakı, 12 mart, AZƏRTAC
Bakının Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6kv.m. sahədə satış köşkü yanıb. Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]