DİN narkotikə qarşı təbliğatın gücləndirilməsi istiqamətində növbəti sosial çarx hazırlayıb VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən antinarkotik təbliğatın gücləndirilməsi istiqamətində “Narkotik vasitələrə birlikdə yox deyək”, “Narkotik vasitələrdən imtina et, həyatına dəyər ver” devizləri altında növbəti sosial çarx hazırlanıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sosial çarxda hər kəs narkotik vasitələrin yayılmasına qarşı polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan mübarizəyə dəstək verməyə, bu işdə vətəndaş mövqeyini ortaya qoymağa çağırılır.