DİN: Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini “ASAN xidmət” mərkəzlərində dəyişdirə biləcəklər
Bakı, 6 yanvar, AZƏRTAC
Naxçıvanda qeydiyyatda olan vətəndaşlar şəxsiyyət vəsiqələrini “ASAN xidmət” mərkəzlərində dəyişdirə biləcəklər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:22]
Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır
- 15.10.2026 [15:35]
Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır
- 15.10.2026 [15:14]