DİN Şirvan şəhərində baş verən cinayət hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 12 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Şirvan şəhərində baş verən cinayət hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.
Şirvan Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]