DİNARA GİMATOVA VƏ ANNA QURBANOVA REYTİNQ GÖSTƏRİCİLƏRİNİ YAXŞILAŞDIRDILAR
Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gürzlərlə hərəkətlərdə bürünc medal qazanan, çoxnövçülükdə 4-cü yeri tutan Dinara Gimatova nəticədə 15 reytinq xalı toplamışdır. Beləliklə, milli yığmamızın lideri hazırda reytinq siyahısında 10-cu yerdədir. Digər idmançımız Anna Qurbanova dünya gimnastikasının say-seçmələri sırasına daxil olmuşdur. Anna 999-cu yerdən 21-ci yerə keçmişdir.
Mətbuat xidmətindən həmçinin bildirmişlər ki, Bakı turnirinin fəxri qonaqlarından biri, BGF baş katibinin müavini Andre Qaysbuxler AGF-yə məktub göndərmişdir. Məktubda yarışlar yüksək səviyyədə keçirildiyinə görə onların təşkilatçılarına BGF adından təşəkkür bildirilir və belə bir ümid ifadə edilir ki, 2005-ci ildə Bakıda Azərbaycan Gimnastika Federasiyasının Kuboku uğrunda beynəlxalq turnir və dünya çempionatı da yüksək səviyyədə təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]