DİYEQO MARODONANIN VƏZİYYƏTİ SABİTLƏŞMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əfsanəvi futbolçu Diyeqo Maradonanın səhhəti sabitdir. Argentina yığmasının sabiq kapitanının həkimləri bildirmişlər ki, Maradona tam sağaldıqdan sonra evə buraxılacaqdır.
Xatırladaq ki, futbolçu qarın nahiyəsində kəskin ağrılarla “Akros” özəl klinikasının reanimasiya şöbəsinə qoyulmuşdur. Diyeqo bu xəstəxanaya Buenos-Ayresdəki “Quemes” klinikasından çıxdıqdan 48 saat sonra gətirilmişdir. O, “Quemes” klinikasında “alkoqol hepatiti” diaqnozu ilə müalicə olunurdu.
Həkimlər bildirmişlər ki, hazırda Maradonanın vəziyyəti sabitdir və sağalmağa meyillidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]