DÖVLƏT ƏMLAKINDAN SƏMƏRƏLİ İSTİFADƏ VƏ ÖZƏLLƏŞDİRMƏNİ SÜRƏTLƏNDİRMƏK ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 6792 müəssisə və təşkilat nazirliyə statistik hesabat təqdim etmiş, 348 müəssisənin inventarlaşdırma aktları təhlil olunmuş, əsas vəsaitlərin, o cümlədən mal-materialların balansdan qeyri-qanuni silinməsi, balansdan balansa verilməsi hallarının qarşısı alınmış, 31 müəssisədə əsas vəsaitlərdən səmərəli istifadə olunması bilavasitə yerində araşdırılmışdır.
Özəlləşdirilməyən yardımçı təsərrüfatların, torpaq sahələrindən qeyri-qanuni istifadə olunan müəssisə və təşkilatların siyahısı müəyyənləşdirilmiş, istifadəsiz və ya səmərəsiz istifadə olunan qeyri-yaşayış sahələrinin aşkar olunmuş istiqamətində araşdırmalar davam etdirilmişdir. Bundan əlavə, müəssisə və obyektlərin özəlləşdirmə perspektivliyi, özəlləşdirməni ləngidən səbəblər öyrənilib təhvil olunmuşdur.
Bütün bu tədbirlər özəlləşdirmənin sürətini artırmağa imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]