Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibələrdə 20 namizəd uğur qazanıb
Bakı, 25 avqust, AZƏRTAC
Yeddi dövlət orqanında mövcud olan 52 vakant vəzifə üzrə avqustun 14-dən başlanan daxili müsahibələr davam edir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müsahibələrin avqustun 30-dək keçirilməsi planlaşdırılır. Bu günə olan məlumata görə, müsahibələrdə 20 namizəd uğur qazanıb. Onlardan 11 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 2 nəfər Maliyyə Nazirliyində, 6 nəfər Dövlət Statistika Komitəsində, 1 nəfər isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabinet”inin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]