DSX: Xəzər dənizinin cənub istiqamətində iki kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 4-də saat 20:40-da qurumun Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb.
Kisəyə baxış zamanı 2 kiloqram 70 qram narkotik vasitə (1 kiloqram 990 qram marixuana və 80 qram həşiş) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.