Dünya çempionatı: Azərbaycanın üç güləşçisi final görüşünə çıxacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında final görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, 55 kiloqramda mübarizə aparan Eldəniz Əzizli həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşacaq.
Nihat Məmmədli ( 63 kiloqram) qazaxıstanlı Yerjet Jarlikassinlə, Ülvü Qənizadə (72 kq) fransalı İbrahim Qanemlə üz- üzə gələcək.
Qurban Qurbanov ( 82 kiloqram) isə təsəlliverici görüşdə özbəkistanlı Jalqasbay Berdimuratov ilə münasibətlərini aydınlaşdıracaq.
Bu gün, həmçinin qadın güləşçilərimiz - Alyona Kolesniklə (59 kiloqram) Elis Manolova (65 kiloqram) mübarizəyə başlayacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ana Franka və polşalı Nataliya Kubati ilə görüşəcəklər.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 31-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]