DÜŞƏNBƏ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan paytaxtına gəlmişdir.
MDB üzvü olan ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Düşənbə hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul düzülmüşdü. Azərbaycan dövlətinin başçısını Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Prezidenti onun üçün ayrılmış iqamətgaha yola düşdü.