Düşənbədə 30 metr hündürlüyündə səməni ucaldılıb
Düşənbə, 11 mart, AZƏRTAC
Düşənbənin mərkəzindəki Dusti meydanında, İsmayıl Somani abidəsinin yanında 30 metr hündürlüyündə səməni ucaldılıb.
AZƏRTAC xəbər verir ki, səməninin diametri isə 16 metrdir. Meydanda Novruz bayramını simvolizə edən bar ağacları, güllər əkilib, Novruz atributları qoyulub.
Martın 1-dən 20-dək Rudaki prospektində “Novruz yarmarkaları-Düşənbə 2020” adlı müxtəlif sərgi və satış yarmarkaları keçirilir.
Bununla belə Tacikistanın Mədəniyyət Nazirliyi elan edib ki, koronavirus təhlükəsi ilə bağlı Novruz şənlikləri məhdud formatda, xalq gəzintiləri olmadan keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]