Əczaçılıq məhsulları və gübrə idxalında artım olub
Bakı, 29 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında 16,2 min ton əczaçılıq məhsulları idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 322,7 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 330,8 milyon dollar olmaqla, 15,4 min ton əczaçılıq məhsulları idxal edilib.
Hesabat dövründə 55,6 min ton gübrə idxal olunub. İdxal edilən gübrənin dəyəri 36,6 milyon dollar olub. Ötən ilin altı ayında isə məbləği 31,7 milyon dollar olmaqla, 38,2 min ton gübrə idxal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:10]
Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb
- 29.09.2026 [13:34]