Elbay Qasımzadə: Ümummilli Lider memarlar qarşısında milli memarlıq irsi elementlərindən istifadə tələbi qoymuşdu
Bakı, 5 may, AZƏRTAC
Azərbaycana rəhbərliyi illərində Ulu Öndər Heydər Əliyev memarlar qarşısında yaradıcılıqlarında milli memarlıq irsi elementlərini tətbiq etmək tələbini qoymuşdu.
Milli memarlığımızı dərindən bilən, ona böyük hörmətlə yanaşan Ümummilli Lider partiya iyerarxiyasında ən yüksək rütbədə olmasına baxmayaraq, sovet ideologiyasına zidd addım ataraq memarlıq nümunələrimizdə milli elementlərdən istifadə etmək tapşırığını vermişdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Bakıda keçirilən “Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni” adlı konfransda söyləyib.
E.Qasımzadə bildirib ki, məhz onun hakimiyyəti dövründə 70-ci illərdə bir sıra əhəmiyyətli ictimai binalar inşa olunub, mənzil tikintisi sahəsində inqilabi dəyişikliklər baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:25]
Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
- 19.05.2026 [18:02]
Gəncədə “Heydər Əliyev məktəbi” layihəsi start götürüb
- 19.05.2026 [10:14]
Naxçıvanda Ümummilli Liderə həsr edilmiş konsertdən FOTOLAR
- 14.05.2026 [01:33]
İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb VİDEO
- 13.05.2026 [18:09]
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub VİDEO
- 13.05.2026 [12:27]