Əli Əsgər Məhəmmədi: Seçki məntəqələrində səsvermə üçün çox yaxşı şərait yaradılıb
Bakı, 11 aprel, AZƏRTAC
Seçki məntəqələrində seçicilərin problemlə qarşılaşması müşahidə olunmayıb, səsvermə üçün çox yaxşı şərait yaradılıb. Məntəqə komissiyalarının üzvləri seçicilərə diqqətlə yanaşırlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibinin köməkçisi Əli Əsgər Məhəmmədi deyib. Həm səsvermə prosesinin, həm də yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirən beynəlxalq müşahidəçi bütün bunların ölkənin daha yaxşı gələcəyindən xəbər verdiyini vurğulayıb, bu seçkinin Azərbaycan xalqına rifah gətirəcəyinə ümidvar olduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]