ƏLİLLƏR ÜÇÜN KİTABXANANIN İKİNCİ HƏYATI
Ölkəmiz müstəqillik əldə etdikdən sonra kitabxananı keçmiş Mədəniyyət Nazirliyinin ixtiyarına verdilər, nazirlik də pis-yaxşı onun qayğısına qalırdı. Kitabxananın direktoru, I qrup əlil Siyarə Əliyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sonralar kitabxananı yeni kitablar və audiokasetlərlə təmin etmək məqsədi ilə Moskvanın müvafiq təşkilatı ilə müqavilə bağlanmışdır. İnişildən AKC də kitabxanaya yardımını artırmışdır: AKC-nin nəzdində xüsusi səsyazma studiyasının açılışı ilə bağlı layihəyə dair qrantı əcnəbi OXFAM şirkəti almışdır. Bundan əlavə, cəmiyyət gözdən əlillər üçün Azərbaycan dilində xüsusi kitablar buraxmağa başlamışdır.
Nazirliyin səyləri ilə kitabxana əsaslı təmir olunmuş, yeni avadanlıq alınmış, audioyazı və operator otaqları açılmışdır. Kitabxananın ötən yay təntənəli açılışından sonra onun, əslində, ikinci həyatı başlanmışdır. Kitabxanadan istifadə edənlərin sayı 400 nəfər artmış, kitab fondu xeyli zənginləşmişdir. AKC gözdən əlillərdən ötrü Azərbaycan dilində kitab nəşri üçün sifariş almışdır. Yaxın vaxtlarda Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması nəşr olunacaqdır. Hazırda kitabxana hərtərəfli təmin olunmuşdur, lakin onun işçiləri kompyuterdə işləyən zaman yazını tənzimləyən Breylevsk displeyli (nöqtəli klaviatura) və nitq sintezatorlu, - istifadəçi qrammatik səhvə yol verən zaman səslə xəbərdarlıq alır, - xüsusi kompyuter almaq arzusundadırlar.
Kitabxananın direktoru ümidvar olduğunu bildirmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi kitabxananın tam gücü ilə fəaliyyət göstərməsi üçün onlara kömək edəcəkdir.