Əlilliyi olan insanlar arasında boulinq üzrə açıq IV Azərbaycan çempionatının təlimlərinə start verilib
Bakı, 19 may, AZƏRTAC
“Meqafun” əyləncə mərkəzinin boulinq zalında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının, Milli Paralimpiya Komitəsinin, “Əlil İdmançılara Dəstək” və “İstedadlı Əlillər” ictimai birliklərinin “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə” layihəsi çərçivəsində əlilliyi olan insanlar arasında boulinq üzrə açıq IV Azərbaycan çempionatının təlimlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, təlimlərdə Milli Paralimpiya Komitəsinin müxtəlif idman növləri üzrə 34 idmançısı iştirak edir.
Mayın 27-də əlilliyi olan insanlar arasında boulinq üzrə açıq IV Azərbaycan çempionatı keçiriləcək. Yarışın qalibləri iyunun 26-da Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Turnirdə Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Almaniya, Qazaxıstan və İsrail idmançıları mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]