Elmar Baxşıyev: İkinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim
Bakı, 24 yanvar, AZƏRTAC
Heyətin geniş olmasını istəyirəm. Amma transfer məsələsində heç bir yenilik yoxdur. Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Kəpəz” klubu ilə qarşılaşan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, “Kəpəz” yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Amma xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə, hər iki komandaya alqış düşür.
Qeyd edək ki, “Kəpəz” - “Qəbələ” matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]