ƏN YAXŞILAR SIRASINDA
Sumqayıt, 6 mart (AZƏRTAC). Sumqayıtın 2 nömrəli uşaq və gənclər idman məktəbinin şagirdləri Bədən tərbiyəsi və idman Gününü xüsusi ruh yüksəkliyi ilə qarşılamışlar. Altınçı respublika müsabiqəsinin yekunlarına görə məktəb “İlin ən yaxşı uşaq idman məktəbi” nominasiyasında qalib olmuşdur.
Məktəbin direktoru, respublikanın Əməkdar məşqçisi, boks üzrə beynəlxalq dərəcəli hakim Qismət Novruzovun dediyinə görə, 500-dən çox sumqayıtlı burada idmanla müntəzəm məşğul olur. Məktəbin gözəl idman bazası vardır. Şagirdlər burada idmanın dörd növü üzrə məşq edirlər. Şəhərdə bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi sahəsində məqsədyönlü iş aparılır. Postsovet məkanında yeganə Paralimpiya kompleksi tikilmişdir, Olimpiya kompleksinin tikilməsi davam etdirilir, idman məktəbləri təmir olunur. Sumqayıtlılar Azərbaycan idmanı tarixinə şanlı səhifələr yazan idmançıları ilə fəxr edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]