Energetika naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 25 avqust, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazovun və nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərinə baxılıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təşkil edilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, qazlaşdırma, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.
Qəbulda Gəncə şəhəri və Gədəbəy rayonundan olan vətəndaşlar iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]