Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin qəhrəmanlıq salnaməsidir. Bu faciədən 33 il ötür. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əbədi məşəl kompleksinin önünə əklil qoyulub.