Azərbaycan Dövlət İnformasiya Agentliyi

ERMƏNİLƏR HƏLƏ UZUN MÜDDƏT PUL YIĞMALI OLACAQLAR...RÜŞVƏT VERMƏK ÜÇÜN

Berlin, 3 avqust (AZƏRTAC). Beynəlxalq böhran qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzerin “Azadlıq” radiosunun Azərbaycan xidmətinə verdiyi müsahibə (bax: http://www.azadliq.org/content/article/2112406.html), obrazlı şəkildə desək, Ermənistan əhalisinin az qala yarısını “infarkt” etmişdir.

defacto.am nəşri bu beynəlxalq ekspertə ünvanlanmış təhqiramiz sərlövhəli bir matearial dərc etmişdir (bax: http://defacto.am/index.php?name=pages&op=view&id=12244) “Bu Sabina Freyzer səfeh deyilmi?”). Həmin həcviyyə ilə ötəri tanışlıqdan sonra onu şərh etməyə lüzum qalmır.

REGNUM informasiya agentliyinin daimi müəllifi Viktor Yakubyan “Crisis Group: Kosovoda bu necə istənilir və Qarabağda bu necə istənilmir” adlı məqaləsində (bax.: http://www.regnum.ru/news/fd-abroad/armenia/1310780.html) Kosovoya dair beynəlxalq məhkəmənin qərarının üniversal xarakterini və onun presedent olmasını sübut etməyə çalışmışdır. Di gəl ki, o, “balaca bir məqamı”- hər bir prosesi o birindən xeyli fərqləndirən işin bütün hallarının kifayət qədər “universal” olmamasını nəzərə almamışdır. Onun fikrincə, Kosovoya dair hər bir qərarı sesessiyalı bütün digər münaqişələrə avtomatik tətbiq etmək olar. Yakubyan belə hesab edir ki, hər bir münaqişənin özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətlərdən asılı olaraq bir iş üzrə hökm başqa iş üzrə qərardan diametral şəkildə fərqlənə bilər. Ermənilər bu qərarların bütün işlər üzrə tətbiq edilməsi barədə öz postulatlarından əl çəkmək istəmirlər - vəssalam!

“A” və “B” şəhərlərində təqribən eyni vaxtda iki avtomobil adam vurmuş və hər iki hadisə ölümlə nəticələnmişdir. Yakubyanın və onun kimilərin məntiqinə görə “A” şəhərindəki insident üzrə məhkəmənin qərarı avtomatik olaraq “B” şəhərində avtomobilin adam vurması hadisəsinə də tətbiq edilməlidir. Birinci halda sürücünün sərxoş vəziyyətdə olması, ikinci halda isə piyadanın sərxoş olması və yolu qırmızı işıq yanarkən keçməsi əhəmiyyətsiz şeylərdir. Yakubyana görə, bütün bu halların heç bir əhəmiyyəti yoxdur. Əsas budur ki, hər iki halda məhkəmə baxışının predmeti avtomobilin adam vurması və bunun ölümlə nəticələnməsidir.

Bu gün bütün Ermənistan belə mühakimə yürüdür! Onların məntiqinə görə əhəmiyyətli olan yalnız birinci məhkəmənin qərarıdır. Bütün başqa hallarda isə məhkəməyə heç müraciət etməmək də olar. Nəyə gərəkdir?! Cəsarətlə spirtli içki qəbul etmək, sükan arxasına keçmək və piyadaları vurmaq olar. Onsuz da bəraət verəcəklər - axı presedent var!

Yakubyan bir qədər aşağıda məsələni belə təqdim etməyə çalışır ki, “Kosovo” və “Qarabağ” məsələlərində əhalinin sayı arasındakı fərqdən başqa heç bir fərq yoxdur. Guya separatçılar Qaradağlıda və Xocalıda insanlıq əleyhinə cinayətlər törətməmişlər. Guya başdan-başa etnik təmizləməyə məruz qalanlar separatçıların əleyhdarları deyil, əksinə, onun tərəfdarları imiş. Guya qonşu dövlət - Ermənistan - öz qoşunlarını suveren dövlətin ərazisinə daxil edərək təcavüz aktı törətməmişdir. Guya Dağlıq Qarabağın inzibati hüdudlarından çox-çox kənarda olan rayonların işğal edilməsini, oradakı etnik təmizləmələri və talanları bütün dünya yuxuda görmüşdür. Guya işğalın davam etməsi və şantaj aləti kimi “status və dəhliz müqabilində 7 rayon” variantını irəli sürməklə qaçqınların qaytarılmasına mane olmaları bizim hamımızın gözünə görünmüşdür. Bəli, belə çıxır ki, bütün bu fərqlər “yoxdur”, yalnız əhalinin sayı arasında fərq var...

Amma əvəzində bir maraqlı məsələ var. Müəllif hədə-qorxu gəlir ki, tanınmamış separatçıların əvəzinə elə həmin məhkəməyə BMT-nin Baş Məclisi vasitəsilə Ermənistan da eyni iddia ilə müraciət edə bilər. Buyursun, müraciət etsin. Bu, onun hüququdur. Lakin bütün bu müddətdə prosesi yalnız ATƏT-in Minsk qrupu çərçivəsində saxlamağa çalışan və münaqişənin müzakirəsinin başqa instansiyalara keçirilməsinə etiraz edən elə həmin Ermənistan deyilmi? Ermənistan-Azərbaycan münaqişəsinə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qətnamələr fonunda Azərbaycan Ermənistanın İCJ-yə məhkəmə iddiası ilə müraciət etməsinə yalnız şad olar.

Yakubyan “Qarabağ” və “Kosovo” məsələləri arasında fərqlərdən bəhs edərək belə də yazır: “Heç bir fərq yoxdur. Sadəcə olaraq fərq yoxdur! Fərq olsa da, “Qarabağ” məsələsinin xeyrinədir”. Deyirsiniz, fərq Qarabağ məsələsinin “xeyrinədir”? Elə isə, gəlin Məhkəmənin qərarında bu barədə deyilənlərə nəzər salaq. Bu sənədin 81-ci maddəsində açıq-aşkar qeyd edilmişdir ki, müəyyən hallarda - əgər müstəqillik elan edilməsi jus cogens prinsipinin pozulması ilə müşayiət edilirsə, yəni insanlığa qarşı cinayətlər, soyqırımı, etnik təmizləmələr, təcavüz aktları və sair əməllər fonunda baş verirsə, o, qeyri-qanuni hesab edilərək pislənə bilər. İndi isə AŞPA-nın 1416 nömrəli Qətnaməsinin (2005) 2-ci bəndində deyilənləri xatırlayaq: “Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir”. Bu sözlərin məhz hansı tərəfə ünvanlandığını və məhkəmənin qərarlarında Kosovoya dair qərarın 81-ci maddəsinə istinad edilməsinin gələcəkdə necə əks olunacağını xatırlatmağa ehtiyac yoxdur. Beləliklə, biz Ermənistanın iddiasını sərbrsizliklə gözləyirik.

Müəllif daha sonra 1991-ci ilin dekabr ayında ittifaq qanunvericiliyini pozmaqla Dağlıq Qarabağda keçirilmiş “ümumxalq referendumu” barədə mühakimə yürüdür, amma məhz hansı “xalq” barədə söhbət getdiyini və bu termin altında nəyə görə diyar əhalisinin yalnız bir hissəsinin nəzərdə tutulduğunu dəqiqləşdirməyi unudur. Ən başlıcası, gərək kənardan pıçıltı gözləmədən və neft amilinə qeyri-ciddi apellyasiya etmədən fikirləşib tapasan, nə üçün bu qondarma “ümumxalq referendumu”nun heç bir hüquqi nəticəsi olmamış və heç bir dövlət, heç bir nüfuzlu beynəlxalq təşkilat onu ciddi qəbul etməmişdir.

Ən təəccüblüsü isə bir qədər sonra gəlir - Yakubyan Dağlıq Qarabağa qayıdacaq azərbaycanlı qaçqınları gələcək səsvermə kontekstində “məxsusi öyrədilmiş adamlar” adlandırır. Bağışlayın, onlara nəyi öyrədiblər? Səsvermə bülletenini səsvermə qutusuna düzgün salmaq qaydasını? Bəlkə səslərin hesablanması zamanı beynəlxalq müşahidəçiləri necə hipnoz etməyi? Təəssüf ki, bu sualların cavabı sirr olaraq qalır.

Yakubyan öz məqaləsinin sonunda bütün ermənilərin “atışması” ideyasını dəstəkləyir və məhz kimə rüşvət vermək lazım olması barədə fikirlərini bölüşür. Doğrudan da, dahiyanə olan hər şey sadədir. Rüşvət ver - Qarabağ sənindir, götür. Hərçənd, bir məsələdə biz Yakubyanla razıyıq - o, öz məqaləsinin ən son cümləsində yazır: “Aydındır ki, erməni oliqarxları “Kosovo presedenti”nin tətbiq edilməsi hüququ müqabilində çox xərc çəkməli olacaqlar”. Doğrudan da, bu dəfə erməni oliqarxlar Ayvazovskinin bir tablosu və qiymətli əşyalarla (bəzi məlumatlara görə sonralar bu əşyalar ümidləri puç olmuş rüşvətverənlərə qaytarılmışdır) yaxa qurtara bilməyəcəklər. Ona görə də bu dəfə onlar həqiqətən uzun müddət pul yığmalı olacaqlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb