Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcək

Ermənistan heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcək

Bu fikir Monteneqro portalında Şuşanın işğalı ilə bağlı yayılan məqalədə yer alıb

Podqoritsa, 8 may, AZƏRTAC

Monteneqronun geniş oxucu auditoriyasına malik cdm.me portalında “Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etdiyi gün” adlı məqalə yayılıb.

Məqalədə bu il mayın 8-də Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ilinin tamam olduğu qeyd edilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın digər yaşayış məskənlərinin işğalı zamanı törətdikləri vəhşilikləri Şuşa şəhərinin işğalı zamanı da təkrarladığı bildirilir. Vurğulanır ki, Şuşadan azərbaycanlıların izini silmək üçün Ermənistan silahlı qüvvələri şəhərdə mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırıb, girov götürüb, işgəncələrə məruz qoyub, etnik təmizləmə həyata keçirib, tarixi və mədəni abidələri dağıdıb. Bu kimi cinayətlər Ermənistanın dövlət ideologiyası sayılan njdeizmin məntiqi nəticəsidir. Njdeizm nasizmdən ruhlanaraq yaranıb, erməni irqinə “sədaqət”i ehtiva edən və azərbaycanlılara qarşı açıq nifrət bəsləyən tseqakronutyun ideologiyasının davamıdır.

Məqalədə Şuşanı işğal etməklə, etnik təmizləməyə məruz qoymaqla və azərbaycanlıların bu ərazidə mədəni irsini dağıtmaqla Ermənistanın, həmçinin qəsdən Azərbaycanın Dağlıq Qarabağ regionunun ikiicmalı xüsusiyyətini məhv etmək niyyətini güddüyü bildirilir. Bu mənada Şuşa şəhərinin tarixən azərbaycanlıların yaşayış məskəni və Azərbaycanın mədəni, elmi mərkəzlərindən biri olduğu qeyd edilir. Vurğulanır ki, mayın 9-u dünyada faşizm üzərində Qələbə kimi qeyd olunduğu bir halda, Şuşanın işğalı ilə bağlı Ermənistanın “şənliklər” təşkil etməsi nasizm ideologiyasının davamı olan njdeizmin və Ermənistanın sülh barədə düşünməməsinin göstəricisidir.

Məqalədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Şuşaya hücumu və bu şəhərin işğalını Tehranda Azərbaycanın və Ermənistanın ovaxtkı rəhbərlərinin münaqişənin BMT-nin Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirdiyi qeyd olunur. Qeyri-qanuni işğaldan 25 il keçməsinə baxmayaraq, rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan bu kimi uyğunsuzluğun münaqişənin dinc yolla nizamlanmasına dair Ermənistanın dövlət siyasətinin davam edən reallığı olduğu bildirilir.

Yazıda 2016-cı il aprel ayının əvvəlində Ermənistanın qoşunların təmas xətti boyunca təxribatlarla münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqları pozmaqda yenə də davam etdiyi qeyd olunur. Bu xüsusda, Ermənistan-Azərbaycan münaqişəsi zonasında bundan sonrakı gərginliyə görə məsuliyyətin bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilir. Şuşanı və Azərbaycanın digər tarixi ərazilərini işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə Ermənistanın heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcəyi bildirilir. Ermənistanın bu reallığı nə qədər tez dərk edib beynəlxalq hüquqa uyğun davranarsa, bir o qədər tez münaqişənin öz həllini tapacağı, regionda ölkələr və xalqlar arasında əməkdaşlıqdan, iqtisadi inkişaf perspektivlərindən faydalanacağı qeyd olunur.

Məqalənin sonunda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan torpaqlarının işğalına son qoymağı, Ermənistanı öz qoşunlarını işğal etdiyi bütün torpaqlardan çıxarmağı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri, beynəlxalq hüququn norma və prinsipləri əsasında münaqişənin sülh yolu ilə həllində konstruktiv iştirakını tələb etməyə çağırdığı bildirilir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır