Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın “Azərbaycan tərəfindən terrorçular döyüşür” təbliğatı cəbhədəki uğursuzluqlarına haqq qazandırmağa hesablanıb

Bakı, 2 noyabr, AZƏRTAC

Ədalət naminə xüsusi olaraq qeyd edilməlidir ki, ermənilərdən fərqli olaraq Azərbaycanın dövlətçilik tarixində, xalq adət-ənənələrində, milli-mənəvi xüsusiyyətlərində məqsədə nail olmaq üçün terror yolu ilə günahsız insanları qətlə yetirməklə bağlı heç bir fakt mövcud deyildir. Azərbaycan bir xalq və dövlət olaraq qələbə sevincini də, uğursuzluğunun acısını da mərdi-mərdanə, döyüş meydanında dadmışdır.

Bu fikirlər Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, hərbi jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsa İsmayılov və Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti, Milli təhlükəsizlik üzrə ekspert Xəyal İskəndərovun “Ermənistanın “Azərbaycan tərəfindən terrorçular döyüşür” təbliğatı cəbhədəki uğursuzluqlarına haqq qazandırmağa hesablanıb” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Son zamanlar Ermənistan mətbuatında ən çox yayılan və dünyanın müxtəlif ölkələrində erməniyönümlü media tərəfindən həvəslə tirajlanan xəbərlərdən biri də Ermənistanla Azərbaycan arasında baş verən müharibəyə terror qruplaşmalarının cəlb olunmasıdır. Belə ki, Ermənistan hakimiyyəti cəbhədəki uğursuzluğuna bəraət qazandırmaq üçün erməni cəmiyyəti üçün yeni bir hekayə uydurub. Guya Yaxın Şərqdən olan terrorçular cəbhədə Azərbaycan tərəfdən döyüşür. Bu iddialarına haqq qazandırmaq üçün Ermənistan hakimiyyəti bütün vasitələrə əl atıb, PKK terrorçularına Azərbaycan Silahlı Qüvvələrinə məxsus geyim formalarını geyindirməkdən tutmuş, ərəbdilli Livan ermənilərinin “əsir” kimi “mühakiməsinə” qədər. Lakin ermənilərin təqdim etdiyi heç bir fakt hələ ki, təsdiqini tapmayıb. Belə ki, onların Azərbaycan tərəfdən döyüşən “terrorçu” kimi təqdim etdiyi şəxslərin birinin Livan, digərinin isə Suriya ermənisi olması ekspertlər tərəfindən sübut olunub.

Azərbaycan bu günə qədər terrorizmə qarşı mübarizənin ön sıralarına gedən ölkələrdəndir. Azərbaycan Ordusunun şəxsi heyəti dünyanın ən qaynar nöqtələrində antiterror əməliyyatlarına qatılıb və hazırda da bu tip əməliyyatlarda fəal iştirak edir. Bundan əlavə, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarını qarşısını almaq üçün çox uğurlu əməliyyatlar həyata keçirib, şübhəli terrorçuların mühakimə və həbs edilməsində fəal iştirak edib. Azərbaycanın terrora qarşı mübarizədə fəallığı, eyni zamanda, qətiyyəti qlobal güc mərkəzlərinin illik məruzələrində xüsusilə vurğulanır. Dünyada Azərbaycan qədər terrorizmlə mübarizəyə həssaslıqla yanaşan, bütün güc və vasitələrini bu mübarizəyə həsr edən dövlətlərin sayı çox deyil. Çünki son iki yüz ildə ermənilər tərəfindən terrorizmə ən çox məruz qalan Azərbaycan xalqıdır.

Burada ədalət naminə xüsusi olaraq qeyd edilməlidir ki, ermənilərdən fərqli olaraq, Azərbaycanın dövlətçilik tarixində, xalq adət-ənənələrində, milli-mənəvi xüsusiyyətlərində məqsədə nail olmaq üçün terror yolu ilə günahsız insanları qətlə yetirməklə bağlı heç bir fakt mövcud deyildir. Azərbaycan bir xalq və dövlət olaraq qələbə sevincini də, uğursuzluğun acısını da mərdi-mərdanə, döyüş meydanında dadıb. Terrora qarşı mübarizədə bu qədər həssas davranan və öz resurslarından maksimum istifadə edən Azərbaycana qarşı “terrorçulardan istifadə edir” kimi iddianın qaldırılması, sadəcə, erməni xislətinin başqa bir təzahür formasıdır. Ermənistanın “Azərbaycan tərəfindən terrorçular döyüşür” təbliğatı cəbhədəki uğursuzluqlarına haqq qazandırmağa və məğlubiyyətlərini ört-basdır etməyə hesablanıb.

Ermənilər dünyanın müxtəlif yerlərində silsilə qanlı hadisələr törətməklə “adlarını tarixə yazmış” bir millətin nümayəndələridir. 1975-1991-ci illərdə Türkiyənin bir sıra ölkələrdəki səfirliklərində və şirkətlərində çalışan onlarla əməkdaşın həyatına qəsd edilməsi faktı bunu sübut edir. Belə qanlı hadisələrin reallaşmasında Ermənistan dövləti və erməni lobbisi tərəfindən hərtərəfli dəstək alan ermənilərin aşağıdakı terror təşkilatlarının “müstəsna” rolu vardır (https://bit.ly/35Zb606):

- “Armenakan” partiyası;

- “Hnçak” partiyası;

- “Daşnaksütyun” erməni federativ inqilab partiyası;

- “Erməni soyqırımının qisasçıları”;

- “Erməni gizli azadlıq ordusu” (ASOA);

- “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA);

- “Geqaron”;

- “Erməni azadlıq hərəkatı” (AOD);

- “Erməni azadlıq cəbhəsi”;

- “Orli qrupu”;

- “Erməni soyqırımı ədalət komandoları”;

- “Erməni birliyi”;

- “Demokratik cəbhə”;

- “Apostol”.

Bütün belə terror qruplaşmalarının məqsədi Türkiyə və Azərbaycanın əzəli torpaqlarında “böyük Ermənistan” dövlətinin yaradılması istiqamətində öz həmyerlilərinə “kömək etməkdir”. Bu terror qruplarında təmsil olunan bəzi şəxslərin adlarının ermənilər tərəfindən “qəhrəman” kimi “əbədiləşdirilməsi” Ermənistan dövlətinin terrorizmi dəstəkləməsi faktını əyani surətdə təsdiq edir. Onu da qeyd edək ki, yalnız 1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları Azərbaycan ərazisində 373 terror aktı törədib. Bu terror aktları 1568 nəfərin qətlə yetirilməsi və 1808 nəfərin yaralanması ilə nəticələnib. Təkcə Xocalıda törədilmiş soyqırımı aktı nəticəsində 613 nəfər həlak olub, 478 nəfər əlil olub, 1275 nəfər erməni əsirliyinin bütün dəhşətlərindən keçib, 8 ailə bütünlüklə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılıb, 150 nəfər isə itkin düşüb. Oxşar hadisələr eyni amansızlıqla Azərbaycanın digər işğal olunmuş rayonlarında da reallaşdırılıb. Eyni zamanda, Azərbaycan Respublikası və xarici ölkələrin məhkəmələri prosedur qaydada sübut edib ki, 373 terror aktından 32-si işğal olunmuş Azərbaycan torpaqlarından 100 kilometrlərlə uzaqlıqda törədilib.

Ermənistanın terrorçuluğunu sübut etmək üçün çoxsaylı tarixi məqamlar olsa da, son bir neçə gündə Azərbaycan əhalisində qorxu, çaşqınlıq hissi yaratmaq məqsədilə onların dinc əhalini və mülki infrastrukturu atəşə tutması coğrafiyasına nəzər yetirmək kifayət edər ki, erməni terrorizminin mahiyyəti və təhlükəliliyi barədə yetərincə təsəvvür yaransın. Çünki atəşə məruz qalan yaşayış məntəqələrimizin yaxınlığında Ordumuz tərəfindən hər hansı bir döyüş mövqeyinin seçilməməsi, həmin yaşayış məntəqələrimizin 90 faizinin döyüş zonasından yüz kilometrlərlə uzaq olması belə düşməni çirkin əməldən çəkindirmədi. Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına əsasən sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə ümumilikdə 27 mindən artıq artilleriya, 218 raket zərbəsi endirilib. Nəticədə 91 nəfər həlak olub, 396 nəfər yaralanıb, 2242 yaşayış evi, 92 çoxmənzilli yaşayış məntəqəsi və 423 mülki obyekt və 13 kommunal infrastruktura ziyan dəyib. Bütün bu faktları inkar etməklə yanaşı, Ermənistan tərəfi məqsədyönlü şəkildə öz ordusunun atəş mövqelərini yaşayış məntəqələrində, yaxud da onlara yaxın ərazilərdə yerləşdirməklə öz əhalisi arasında mülki insanların daha çox zərər çəkməsinə nail olmaq və bundan “Azərbaycan Ordusunun fəaliyyəti terrorçuların əməlləri ilə üst-üstə düşür” deyə öz təbliğat işində bəhrələnmək istəyir. Lakin Azərbaycan Ordusunun yüksək dəqiqliyə malik silahlardan nöqtə zərbələri endirməsi mülki erməni vətəndaşları arasında itkiləri minimuma endirdi. Bununla da Ermənistanın məkrli niyyətini boşa çıxdı, erməni təbliğatının bu istiqamətdə fəaliyyətini heçə endirdi. Hətta məlum oldu ki, Ermənistan-Azərbaycan dövlət sərhədinə yaxın ərazilərdə, hələ də işğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən erməni bölmələri müəyyən fasilələrlə həm ordumuzun mövqelərini, həm də məqsədli şəkildə Ermənistan ərazisindəki öz yaşayış məntəqələrini intensiv artilleriya atəşinə məruz qoyur, sonra isə tələm-tələsik videosüjetlər hazırlayaraq guya Azərbaycan Ordusunun mülki əhalini atəşə məruz qoyması barədə təxribat xarakterli yalan məlumatlar yayırlar. Burada da məqsəd eynidir. Hər vəchlə dəridən-qabıqdan çıxan, hətta ağlasığmaz təxribatlara əl atan ermənilər, Azərbaycan tərəfini Ermənistan ərazisini atəşə tutmaqda günahlandırmaq və dünya dövlətlərinin diqqətini regiona cəlb etmək.

Fikrimizcə, məqalədə sadalanan bu qədər fakt və arqumentlərdən sonra ermənilərin “Azərbaycan terrorçuları”, “Azərbaycan terroruna stop” deyərək bütün dünyada bar-bar bağırmaları və Azərbaycanı terrorda günahlandırmaları həyasızlıqdan başqa bir şey deyil. İkincisi, bütün dünya artıq nəzərə almalıdır ki, Ermənistanın yaratdığı və himayə etdiyi təşkilatların böyük bir qisminin nizamnaməsində ən əsas maddə terrorçuluqdur. Bu fakt nəzərə alınmasa, təəssüf hissi ilə bildiririk ki, gec-tez bir çox dünya ölkələri də ermənilərin belə məkrli, amansız, qanlı terror aktlarının ağrı-acısını dadacaqlar. Əgər dünya birliyi terrorizmlə mübarizəyə həqiqətən ədalətlə yanaşırsa, mütləq erməni terrorizminin yaratdığı təhdidləri və törədəcəyi fəsadları nəzərdən qaçırmamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB