Azərbaycan Dövlət İnformasiya Agentliyi

ERMƏNİSTANIN QARS “TİLİŞKƏSİ”

Berlin, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də REGNUM informasiya agentliyi “Qars müqaviləsi: “Kolluqda royal”, yoxsa “Öküzün altında buzov?” adlı məlumat yaymışdır. Burada söhbət Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Yerevanda keçirdiyi mətbuat konfransından gedir. Nazir həmin konfransda demişdir: “Yerevan ilə Ankara arasında diplomatik münasibətlər yaradılması haqqında protokoldan Ermənistanın Türkiyənin dövlət sərhədini tanıması nəticəsi çıxır, lakin bu, Ermənistanın Qars müqaviləsini tanımasını nəzərdə tutmur”.
REGNUM informasiya agentlyinin yaydığı məlumatın son abzasında verilən “tarixi arayış”da deyilir: “Qars müqaviləsi 1921-ci il oktyabrın 13-də kamalçı Türkiyə ilə Zaqafqaziya sovet respublikaları arasında konfrans başa çatandan sonra bağlanmışdır. Həmin müqaviləyəəsasən, o cümlədən Ermənistanın indiki sərhədləri müəyyən edilmişdir. 1920-ci ildə Ermənistan-Türkiyə müharibəsinin gedişində Türkiyə tərəfindən işğal edilmiş Qars və İqdır vilayətləri Türkiyənin, ermənilərin məskunlaşdığı keçmiş Naxçıvan vilayəti Azərbaycanın əlinə keçmişdir. Müqaviləyəəsasən, Ermənistanın ərazisi azalaraq 29 min kvadratkilometr olmuşdur. Sovet İttifaqı dağılandan sonra Ermənistan həmin sənədi ratifikasiya etməmişdir”.
Əgər REGNUM informasiya agentliyinin dərc etdiyi bu “arayış” Ermənistanın news.am:http://news.am/ru/news/3589.html xəbərlər nəşri tərəfindən tarixi faktların sərbəst interpretasiyasının hərfbəhərf təkrarı olmasaydı, bizi hiddətləndirərdi. “Ermənilərin məskunlaşdığı keçmiş Naxçıvan vilayəti Azərbaycanın ixtiyarına keçmişdir” ifadəsi tarixi həqiqətin təhrif edilməsidir. “İxtiyarına keçmək” feli o deməkdir ki, müəyyən predmet əvvəllər onun indiki yerində "olmamışdır". Konkret kontekstdə bu ifadə elə təsəvvür yaratmaq məqsədi güdür ki, guya Naxçıvan və onun əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılar Azərbaycana bağışlanmışdır. Xatırladaq ki, elə həmin 1921-ci ildə və eynilə o qayda ilə Qarabağ Azərbaycana “verilmişdi”, hərçənd Qafqaz Bürosunun plenumunun qətnaməsində birmənalı şəkildə deyilirdi ki, vilayət Azərbaycanın tərkibində "saxlanılır".
Bizim fikrimizcə, tarixi arayışlar tərtib edərkən tarixi prosesin gedişatını və faktları sərbəst interpretasiya etmək yolverilməzdir, belə hallarda mənbələrə istinad etmək lazımdır. 16 mart 1921-ci il tarixli Moskva Müqaviləsinin III maddəsində hec bir "ixtiyarına verilmə" nəzərdə tutulmur. Həmin maddə sözbəsöz bu şəkildə idi: “Müqavilə bağlayan Tərəflərin hər ikisi razıdır ki, Naxçıvan vilayəti bu müqavilənin (C) əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtarərazi təşkil edir, bu şərtlə ki, Azərbaycan bu protektoratı heç bir üçüncü Dövlətə güzəşt etməyəcəkdir. Naxçıvan ərazisinin Araz talveqi ilə qərbdə Dağna Vəli Dağ Baqarzit Kömürlü Dağ dağlarından keçən xətt arasında üçbucaq yaradan Naxçıvan ərazisi zonasında göstərilən ərazinin Kömürlü Dağdan (69303) başlanan, Soray-Bulaq dağından Ararat stansiyasına keçən və Qarasu ilə Arazın qovuşduğu yerdə qurtaran sərhəd xəttinə Türkiyə, Azərbaycan və Ermənistanın nümayəndələrindən ibarət olan komissiya tərəfindən düzəliş ediləcəkdir”.
Həmin məqalədə Naxçıvanın “ermənilərin məskunlaşdığı” məkan kimi göstərilməsi də təəccüb doğurur. Əgər “ermənilərin məskunlaşdığı” məkan dedikdə erməni icmalarının mövcud olduğu bütün əraziləri nəzərdə tutsaq, bu gün Argentina və Hindistan da bu cür məkanlar sayılar, axı sirr deyil ki, bu gün ermənilər həmin ölkələrdə də yaşayır. Lakin REGNUM informasiya agentliyindən qeyri-ixtiyari sitat gətirən news.am agentliyi bircə kəlmə də demir ki, Naxçıvanda ermənilərlə yanaşı azərbaycanlılar da məskunlaşmışdı, hərçənd 1939-cu ilə qədər onları bir qədər başqa cür adlandırırdılar. Mübaliğəyəən çox meyil edən erməni müəlliflərinin ən səxavətli hesablamalarına görə həmin illərdə Naxçıvanın erməni əhalisinin sayı 40 faizdən çox olmamışdır. Belə olan təqdirdə necə olur ki, Naxçıvan “ermənilərin (təkcə onların - V.S.) məskunlaşdığı” məkan kimi qələmə verilir.
Bir halda ki, statistikadan söz düşdü, elə erməni tarixçilərin araşdırmalarından sitatlar gətirək. Məsələn, Kolumbiya Universitetinin professoru Corc (Gevorq) Burnutyan yazır: “Bir sıra erməni tarixçiləri 1830-cu illərdən sonrakı statistika barədə danışarkən Şərqi Ermənistanın (Burnutyan “Şərqi Ermənistan və ya İran Ermənistanı” dedikdə Arpaçaydan şərqə tərəf olan ərazini nəzərdə tutur - V.S.) İranın tabeliyində olduğu illərdə (yəni 1828-ci il Türkmənçay müqaviləsinə qədər - V.S.) oradakı ermənilərin sayını düzgün qiymətləndirmirlər, onların sayının ümumi əhalinin 30 faizindən 50 faizinə qədər olduğunu göstərirlər. Həqiqətdə isə rəsmi statistik məlumatlara görə Ermənistan Rusiya tərəfindən işğal ediləndən sonra Şərqi Ermənistanda ermənilərin sayı ümumi əhalinin sayının heç 20 faizini də təşkil etmirdi, halbuki müsəlmanlar əhalinin 80 faizdən çoxunu təşkil edirdi. İstənilən halda Rusiya bu ərazini istila edənə qədər (1828-ci il - V.S.)burada ermənilər heç vaxt çoxluq təşkil etməmişdir. Kameral təsvirdə şərqi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq təşkil etdiyi göstərilsə də, bu dəyişiklik həmin regiondan 35 mindən çox müsəlmanın mühacirətindən sonra baş vermişdir. Beləliklə, İran hökmranlığı dövründə heç bir mahalda ermənilərin çoxluq təşkil etməsini göstərən heç bir sübut yoxdur. Ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer ermənilərin Üç Kilsə (Eçmiədzin) (Üç-Müədzin - V.S.) dini mərkəzinin yerləşdiyi Qərbibasar mahalı idi. Minlərlə azərbaycanlı oradan köçüb gedəndən, İrandan və Osmanlı imperiyasından 57 min erməni mühaciri buraya gələndən sonra 1832-ci ildə xristian əhalinin sayı xeyli artmış və müsəlmanların sayına bərabər olmuşdur. Yalnız 1855-56-cı və 1877-78-ci illərin Rusiya-Türkiyə müharibələrindən Osmanlı İmperiyasından bu regiona daha çox erməninin gəlməsi, buradan isə daha çox müsəlmanın köçüb getməsi nəticəsində nəhayət, ermənilər əhalinin əksəriyyətini təşkil etmişdir. Hətta bundan sonra da XX əsrin əvvəlinə qədər İrəvan əsasən müsəlman şəhəri olaraq qalırdı (Corc Burnutyan, “XIX əsrin birinci yarısında Şərqi Ermənistanın etnik tərkibi və sosial-iqtisadi vəziyyəti”, (The Ethnic Composition and the Socio-Economic Condition of Eastern Armenia in the First Half of the Nineteenth Century). Ronald Qriqor Suninin (Ronald Grigor Suni redaksiyası altında ), “Zaqafqaziya: millətçilik və sosial dəyişikliklər” (Transcaucasua, Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan, and Georgia) kitabında, 1996 s. 77-80).
Erməni tarixçinin məqaləsindəki statistik məlumata görə 1826-cı ildə İrəvan xanlığında 54.810 türk, 25.237 kürd, 20.073 erməni və 10.000-ə yaxın fars - inzibati işçi və burada yerləşdirilmiş hərbi qulluqçu yaşayırdı; Naxçıvan xanlığında 17.138 türk və kürd (birlikdə), 3.000-ə yaxın iranlı hərbi və mülki administrasiya işçisi və 2.690 erməni; Ordubadda isə 7.664 müsəlman və 2.388 erməni yaşayırdı. Beləliklə, 1826-cı il üçün olan məlumata görə, Şərqi Ermənistanda müsəlmanların və ermənilərin ümumi sayı, müvafiq olaraq, 117.849 və 25.151 nəfər olmuşdur.
Cəmi altı il ərzində regionun demoqrafik mənzərəsi kəskin dəyişir. Belə ki, 1832-ci il üçün olan məlumatlara görə İrəvan regionunda (artıq xanlıqda deyil, regionda) əhalinin milli tərkibi aşağıdakı kimi olmuşdur: 65.280 erməni, 49.875 türk və 7.813 kürd; Naxçıvan regionunda 17.138 müsəlman və 13.369 erməni; müvafiq şəkildə Ordubadda 7.247 müsəlman və 3.728 erməni. 1832-ci ilin məlumatlarına görə o vaxt Şərqi Ermənistanda cəmi 82.073 müsəlman və 82.377 erməni yaşayırdı (onlardan 25.151 nəfəri yerli ermənilər, 35.560 nəfəri İrandan gələnlər, 21.666 nəfəri Türkiyədən gələnlər idi). Yəni cəmi 6 il ərzində bu “əzəli erməni torpağında” müsəlmanların sayı demək olar ki, əvvəlkinin üçdə biri qədər azalmış, ermənilərin sayı isə köçkünlərin hesabına 3,5 dəfə (!) artmış və yalnız bundan sonra müsəlmanların və ermənilərin say nisbəti bərabərləşmişdir. Erməni tarixçi bu demoqrafik dinamikanı şərh edərək yazır: “Statistik məlumatlardan göründüyü kimi, Rusiya Şərqi Ermənistanı işğal edənə qədər ermənilər bu bölgənin əhalisinin təqribən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdi. Rusiya bu ərazini ilhaq edəndən sonra İrandan və Osmanlı İmperiyasından 57 min erməni immiqrant buraya gəlmiş, 35 min müsəlman isə Şərqi Ermənistanı tərk etmişdir. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil edirdi”. (İbid), s.79).
Nəhayət, Qars müqaviləsinin Ermənistan Respublikası tərəfindən “ratifikasiya edilməməsi” haqqında bir neçə söz. Məlum olduğu kimi, ittifaq dövləti buraxılandan sonra sovet illərində bağlanmış bütün müqavilələr etibarlı sayılmaqda davam edir və onların müstəqil postsovet dövlətləri tərəfindən ayrıca təkrar ratifikasiya edilməsi tələb olunmurdu. Bu qayda Qars müqaviləsinə də şamil edilir. Ermənistan özünü həmin müqavilə üzrə öhdəliklərdən azad etmək üçün onun əsla tələb olunmayan təkrar ratifikasiyasından imtina etmək əvəzinə həmin müqaviləni parlament səviyyəsində ləğv etməli və özünün bu müqavilədən çıxmasını rəsmən bəyan etməlidir. Məlum olduğu kimi, Ermənistan bunu etməmişdir, ona görə də zəhmət çəkib ona riayət etməlidir.
Bu məntiqə görə, SSRİ dağılandan sonra Moskva bir vaxtlar Rusiyanın ərazisi olmuş Alyaskanın 1867-ci ildə İmperator II Aleksandr tərəfindən ABŞ-a satılması haqqında müqavilənin RF Dövlət Duması tərəfindən ratifikasiya edilməməsini əsas gətirərək, Alyaskanı ABŞ-dan geri tələb etməli idi. news.am agentliyinin məntiqinə görə, 1828-ci ildə ermənilərin Zaqafqaziyaya köçürülməsini də hazırda qüvvədə olan miqrasiya qaydalarının pozulması hesab etmək olar, çünki 1979-cu il İslam inqilabından və 1991-ci il Belovejsk müqaviləsindən sonra İİR və RF Türkmənçay müqaviləsini ratifikasiya etməyi “unutmuşlar”.
Ermənistan xarici siyasət idarəsinin son iki rəhbərinin bir-birinə daban-dabana zidd olan bəyanatları isə lap gülməlidir. 2007-ci ilin oktyabrında Ermənistanın ovaxtkı xarici işlər naziri Vardan Oskanyan Budapeştdə Mərkəzi Avropa Universitetində çıxışında bildirmişdi ki, onun təmsil etdiyi, Qars müqaviləsini imzalamış ölkənin Türkiyəyə qarşı ərazi iddiaları yoxdur və Ermənistan həmin müqaviləyə sadiqdir. İndi isə yeni nazir Edvard Nalbandyan Ermənistan tərəfindən Türkiyə ilə dövlət sərhədlərinin və Qars müqaviləsinin tanınması məsələlərini bir-birindən ayırmağa çalışır. Əgər bu həqiqətən belədirsə, tezliklə bütün dünya bu dövlətin orijinal xarici siyasət ənənəsinin şahidi olacaqdır: nəinki dövlət quruluşu dəyişdikdə, XİN-in hər yeni başçısı vəzifəyə təyin edildikdə belə diplomatik irs təkrarən təsdiq edilməlidir...
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb