ERMƏNİSTANIN TÜRKİYƏNİN DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ HƏSSASLIĞINI MÜMKÜN QƏDƏR TEZ ANLAMASI LAZIMDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu bəyanatı Türkiyənin xarici işlər naziri Əli Babacan Brüsseldə keçirdiyi mətbuat konfransında səsləndirmişdir.
Türkiyə-Ermənistan münasibətlərindən bəhs edən Əli Babacan vurğulamışdır ki, rəsmi Yerevan qarşıdakı müddətdə Ankaranın Dağlıq Qarabağ məsələsi ilə bağlı həssaslığına nə qədər diqqətlə yanaşarsa, münasibətləri qurmaq da o qədər asan olar. Nazir əlavə etmişdir ki, Türkiyə və Ermənistan arasında problemlər üçtərəfli formatda, yəni Azərbaycanın da münaqişənin həllində bilavasitə iştirakı ilə həll edilə bilər.
Əli Babacan Avropa İttifaqının Türkiyənin üzvlüyü prosesini ləngitdiyini də diqqətə çatdırmışdır. Bu məsələ Baş nazir Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti, Aİ-yə sədrlik edən Nikola Sarkozi ilə görüşündə ətraflı müzakirə olunmuş və prosesin sürətləndirilməsi yolları göstərilmişdir. Rəsmi Ankaranın hazırladığı və ölkədəki siyasi partiyaların müzakirəsinə verilmiş Milli Proqram Avropa İttifaqına inteqrasiya ilə bağlı əsaslı islahatların keçirilməsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]