ESTONİYADA NOVRUZ BAYRAMI QEYD EDİLMİŞDİR
Tallinn, 21 mart (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Estoniyada yaşayan soydaşlarımızın bir qrupu Novruz bayramını bu ölkənin bir sıra parlament üzvləri ilə birlikdə qeyd etmişlər. Tallinndə fəaliyyət göstərən Mədəniyyət və Gənclər Mərkəzi ilə Azərbaycan-Estoniya parlament qrupunun birlikdə təşkil etdiklərəri bayram mərasimində iştirakçılar bayram sovqatı, şəkərbura, paxlava və milli mətbəximizin digər şirniyyat məhsullarına qonaq edilmişlər.
Mərasimin təşkilatçıları, həmçinin Estoniya parlamentinin fraksiya rəhbərləri ilə, daha sonra isə vitse-spiker Yuri Ratasla görüşmüş, milli bayramımızın tarixi kökləri, adət-ənənələrimiz barədə qonaqlara məlumat vermişlər. Tallinndəki azərbaycanlılar artıq 3-cü dəfədir ki, Novruz bayramını Estoniya parlamentinin üzvləri ilə qeyd edirlər.
Martın 22-də isə Tallinn Musiqi Akademiyasında Novruz bayramı münasibətilə konsert olacaqdır. Konsertdə Bakıdan dəvət olunmuş incəsənət xadimləri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]