Etibar İbrahimov: Milli parklardakı xidmət potensialını sahibkarlara təqdim etmək niyyətindəyik
Bakı, 29 aprel, Göyçək Mahmudlu, AZƏRTAC
Azərbaycanda on milli park var və onların hər birində çox geniş xidmət potensialı mövcuddur. Həmin potensialı Azərbaycanın mikro və kiçik sahibkarlarına təqdim etmək niyyətindəyik. Bu gün Abşeron Milli Parkında keçirilən "İstehsal et, təbiətə zərər vermə" sərgi-satış yarmarkasının məqsədi də məhz budur.
AZƏRTAC xəbər verir ki, bunu parkın direktoru Etibar İbrahimov jurnalistlərə müsahibəsində deyib.
"Bu tədbir Azərbaycanın milli parkları ilə sahibkarların ilk təması idi. Ümid edirik ki, sərgi-satış yarmarkasından sonra yerli sahibkarlar, o cümlədən iş adamları milli parklarda olan potensialla maraqlanacaq və müxtəlif xidmət sferalarında öz layihələrini təklif edəcəklər. Belə tədbirlər davamlı olacaq və digər milli parklarda da həyata keçiriləcək. İnanırıq ki, Azərbaycandakı sahibkarlıq subyektlərini milli parklara cəlb etmək mümkün olacaq", - deyə E.İbrahimov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]