Eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi Azərbaycanda eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.
Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. Otuz dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.
Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]