FACİƏ QURBANLARI YAD EDİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdə faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və tarixi faktları əks etdirən videogörüntü nümayiş olunmuşdur.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev bildirmişdir ki, biz nəinki Azərbaycan xalqının tarixində, eləcə də bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş qanlı cinayətlərdən birinin anım mərasiminə toplaşmışıq. Bir gecədə təpədən-dırnağadək silahlanmış erməni quldurları və sovet ordusunun muzdlu əsgərləri əliyalın insanlara qarşı ağır cinayətlər törətmişlər. Bir gecədə Xocalı şəhəri yerlə-yeksan edilmişdir.
Tarixi faktları diqqətə çatdıran natiq demişdir ki, ermənilər tərəfindən xalqımıza qarşı əsrlər boyu belə qəddarlıqlar törədilmişdir. Mənfur ermənilərin törətdiyi bu dəhşətləri unutmağa haqqımız yoxdur.
Xocalıda törədilmiş qırğının canlı şahidi Xocalı şəhər təhsil şöbəsinin müdiri Məhəmməd Şükürov və başqaları çıxış edərək faciənin mahiyyətini açıqlamışlar.
Mərasimdə faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]