“Ferensvaroş”un qapıçısı: “Qarabağ” əks-hücumlarda çox yaxşı oynadı və layiqli qollar vurdu
Bakı, 28 avqust, AZƏRTAC
Əlimizdən gələni etdik. Bilirdik ki, ilk qol çox önəmlidir və oyunu dəyişə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Macarıstanın "Ferensvaroş" komandasının qapıçısı Deneş Dibuş UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a (iki oyunun nəticəsi 4:5 ) uduzaraq mübarizəni dayandırdıqları oyun barədə danışarkən deyib.
O, birinci hissənin sonunda qapılarından qol buraxmalarının komandaya mənfi təsir etdiyini söyləyib: "Qolu vurduq, hətta 1:2-dən sonra hesabı bərabərləşdirmək üçün başqa imkanımız da oldu, amma səhvimizdən sonra qol buraxdıq və hissənin sonunda qapımızda top görmək çox ağır oldu. Rəqib əks-hücumlarda çox yaxşı oynadı və layiqli qollar vurdu”.
Macarıstan millisinin 34 yaşlı qolkiperi ikinci hissədəki dəyişikliyin oyunda fərqlilik yaratdığını bildirib: "Əvəzetmələrdən sonra daha aqressiv, sürətli və hücumda oynadıq. Yenidən qol vurduq. Bu, bizə güc verdi. Son 10 dəqiqədə isə hər şey açıq idi.”
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının, “Ferensvaroş” isə Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [16:29]
Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq
- 17.08.2026 [15:57]
Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq
- 17.08.2026 [15:47]
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır
- 17.08.2026 [14:18]
“Sumqayıt”ın kapitanı əməliyyat olunub
- 17.08.2026 [14:15]
“İmişli” gənc futbolçusu ilə vidalaşıb
- 17.08.2026 [13:12]
Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb
- 17.08.2026 [12:56]
Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb
- 17.08.2026 [12:44]
“Yuventus” Qulyelmo Vikario transferinə yaxındır
- 17.08.2026 [11:47]