İDMAN
Fərid Qayıbov: Əsas işlərimizdən biri regionlarda idmanın digər növlərini də təbliğ etməkdir
Bakı, 27 iyun, AZƏRTAC
Ölkəmizdə gender bərabərliyinin yüksək dərəcədə pozulduğunu düşünmürəm. Bu istiqamətdə daim işləməliyik və gender bərabərliyi məsələsini federasiyalarla da müzakirə edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iyunun 27-də Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) açılış mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib.
“Bir çox rayonlarda yalnız eyni idman növləri inkişaf edir. Bizim əsas işlərimizdən biri regionlarda idmanın digər növlərini də təbliğ etməkdir. Amma regionlarımızda da idmanla peşəkar səviyyədə məşğul olan kifayət qədər qızlarımız var. Diqqət etsək, bu gün güləş komandamızda bir çox çəki dərəcələrində qızların sayının artdığını görərik. Əlbəttə ki, bu, təbliğatdan çox asılıdır. Biz gərək bu işi daha da gücləndirək”, - deyə nazir vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [17:39]
“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb
- 28.06.2024 [17:20]
Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda
- 28.06.2024 [16:30]
Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılıb
- 28.06.2024 [15:13]
Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb
- 28.06.2024 [14:54]
Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb
- 28.06.2024 [14:31]