FHN-in əməkdaşı alpaqut döyüş sənəti üzrə Avrasiya çempionu olub
Bakı, 24 noyabr, AZƏRTAC
Türkiyənin Bursa şəhərində alpaqut Turan döyüş sənəti üzrə Avrasiya çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi təmsil edən idmançılar arasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nurlan Kərimov da olub. Çempionatda 85 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avrasiya çempionatının qalibi adını qazanmaqla o, həm də dünya çempionatına vəsiqə qazanıb.
Çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib.
Azərbaycan birinciliyinin qalibi olan Nurlan Kərimov həm də ikiqat dünya çempionudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]