CƏMİYYƏT
FHN: Zaqatala şəhərində qanunsuz tikili sökülüb
Bakı, 14 avqust, AZƏRTAC
Zaqatala şəhərində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.