Formula 1: Raykkonenin karyerasını “Haas”da davam etdirəcəyi gözlənilir
Bakı, 17 iyul, AZƏRTAC
Formula 1 yarışlarında 2018-ci il mövsümü başa çatandan sonra “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykkonenin İtaliya komandasını tərk edərək Amerikanın “Haas” kollektivinə keçəcəyi gözlənilir.
AZƏRTAC “Blick” nəşrinə istinadla xəbər verir ki, 2007-ci ilin çempionu olmuş Raykkonen öz yerini “Zauber”də debüt mövsümü keçirən monakolu Şarl Leklerə verəcək. Həmin nəşrin ehtimalına görə, finlandiyalı yürüşçü “Ferrari” ilə sıx əməkdaşlıq edən “Haas”ın heyətində fransalı pilot Romen Qrojanı əvəz edəcək. 2018-ci il çempionatı Qrojan üçün uğursuz keçir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]