Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndərin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
FHN-in kollektivi Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.