FRANSA MƏMURLARININ AĞLINI BAŞINA YIĞMAQ ÜÇÜN KAFKA İNDEKSİNDƏN İSTİFADƏ EDİLƏCƏK
Kafka indeksi 1-dən 100-dək adi şkaladan ibarətdir. Adi vətəndaşların hər hansı idarəyə müraciət edərkən qarşılaşdıqları əngəllərin miqdarı bu şkala ilə ölçüləcəkdir. Lazımi anketlərin doldurulması, məsələn, faksın göndərilməsi və ya təşkilata telefon zəngləri də əngəl sayılacaqdır.
İndeksin şərtləri məşhur Avstriya yazıçısı Frans Kafkanın “Proses” romanından götürülmüşdür. Əsərdə insanın mənasız bürokratik maşına qarşı mübarizəsindən danışılır.
Fransa hökumətinin nümayəndəsi bildirmişdir ki, Kafka indeksi məmurların fəaliyyətinin faydalılığının və tezliyinin kifayət qədər obyektiv indikatoru olmalıdır.
Hökumət söz vermişdir ki, nazirliklərin və idarələrin fəaliyyətini Kafka indeksi əsasında müntəzəm olaraq qiymətləndirəcək və onun nəticələrini ictimaiyyətə açıqlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]