Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin oyunları keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Bugün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin ilk oyunda "Keşlə" klubu "Kəpəz"i qəbul edib. Matçın 18-ci dəqiqədə Pərdis Fərcad hesabı açıb. Görüşün 41-ci dəqiqəsində Rəfael Məhərrəmli hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.
Günün ikinci oyununda "Neftçi" "Zirə"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 86-cı dəqiqədə David Manqa vurub.
Dörddəbir final mərhələsinin növbəti oyunları dekabrın 11-də "Qəbələ" - "Səbail", "Qarabağ" - "Sumqayıt" klubları arasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [17:51]
Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər
- 15.09.2026 [16:15]
Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub
- 15.09.2026 [16:04]
UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər
- 15.09.2026 [15:52]
“Trabzonspor”un yeni baş məşqçisi bəlli olub
- 15.09.2026 [14:49]
Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək
- 15.09.2026 [14:30]