Futbol üzrə İtaliya kubokunda yarımfinalçılar müəyyənləşib
Bakı, 4 yanvar, AZƏRTAC
Futbol üzrə İtaliya kubokunun bütün yarımfinalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, sonuncu yarımfinalçının adına yanvarın 3-də keçirilən “Yuventus”-“Torino” matçından sonra aydınlıq gəlib.
Turin derbisində üstün tərəf olan “Qoca sinyora” sensasiyaya imkan verməyərək, rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Meydan sahiblərinin heyətində qolları Duqlas Kosta və Mandzukiç vurublar.
Massimiliano Alleqrinin yetirmələri yarımfinalda “Atalanta” ilə qarşılaşacaqlar.
Digər yarımfinal qarşılaşmasında isə “Latsio ilə “Milan” üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]