Futbol üzrə Mərakeş millisi 20 illik fasilədən sonra dünya çempionatında iştirak edəcək
Rabat, 13 noyabr, AZƏRTAC
Futbol üzrə Mərakeş milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin “C” qrupunda sonuncu matçda Kot-d-İvuar komandasını 2:0 hesabı ilə məğlub edərək 20 illik fasilədən sonra mundialda iştirak hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, yığma komandanın bu uğuru ölkədə böyük sevinclə qarşılanıb.
Oyundan dərhal sonra Kral VI Məhəmməd milli komandanın baş məşqçisi Herv Renarda telefon açaraq onu və futbolçuları qələbə münasibətilə təbrik edib.
Vətənə qayıdan komandanın üzvlərini Rabat hava limanında çoxlu sayda azarkeş qarşılayıb.
Xatırladaq ki, Afrika zonası üzrə seçmə mərhələnin “A” qrupunda mübarizə aparan Tunis millisi də sonuncu oyunda Liviya ilə heç-heçə edərək (0:0) dünya çempionatına vəsiqə qazanıb. Qrupda 14 xalla birinci yer tutan Tunis futbolçuları 12 illik fasilədən sonra mundialda çıxış edəcəklər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]